Peskov Ermənistanın Azərbaycana atdığı böhtandan danışıb
2023-11-20 15:57:46
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı xofları barəsində danışıb. Qeyd edək ki, Paşinyan Azərbaycanın addımlarının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşması təəssüratını yaratdığını demişdi.
Peskov söyləyib: “Mən Azərbaycanın dövlət səviyyəsində belə bir bəyanat verdiyini eşitməmişəm. Biz Azərbaycan ölkəsinin rəhbərliyindən tam fərqli açıqlamalar eşitmişik. Həmin bəyanatlarda məhz bir mərhələnin başa çatmasından və sülh müqviləsinin imzalanmasına hazır olmağın zərurətindən danışılır”.
Hürr Tərcüman