Peskov: “Ərdoğanla Əsəd Rusiyada görüş keçirə bilərlər”

2022-11-24 08:50:00

Peskov: “Ərdoğanla Əsəd Rusiyada görüş keçirə bilərlər”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsədin Rusiyada görüşünün mümkünlüyü məsələsin ilə bağlı suala cavab verib.

Peskov hazırda bu məsələ ilə bağlı razılaşmanın olmadığını söyləyib.

Onun sözlərinə görə, nəzəri cəhətdən belə bir görüşün keçirilməsi mümkündür.

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti R.T.Ərdoğan jurnalistlətin suallarına cavab verərkən lazım gələrsə, Suriya Prezidenti Bəşər Əsəd ilə danışıqlar aparmasının mümkün olduğunu söyləyib: “Mümkündür. Siyasətdə inciklik olmur. Münasib şərait yaranarsa, biz belə bir addım ata bilərik”.

Həmçinin, Astanada keçirilən Suriya üzrə danışıqlarda ölkəsinin nümayəndə heyətinə başçılıq edən İranın Xarici İşlər nazirinin köməkçisi Əli Əsgər Hacı  Türkiyə ilə Suriyanın təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirmək niyyətində olduqlarını söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135058