Peskov: “Baydenin şərtləri qəbuledilməzdir”
2022-12-02 17:11:00
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat təmsilçisi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu danışıqların başlanması üçün Co Baydenin irəli sürdüyü şərtlərin qəbuledilməz olduğunu bəyan edib. Peskov Ukraynadakı əməliyyatların dayandırılmayacağını da sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı hərbi əməliyyat başa çatdıqdan sonra Vladimir Putin ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Hürr Tərcüman