Peskov Bakı ilə İrəvan arasında sülh sazişindən danışdı: “Qaçaqaç deyil ki...”

2023-05-26 14:36:00

Peskov Bakı ilə İrəvan arasında sülh sazişindən danışdı: “Qaçaqaç deyil ki...”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarından danışarkən əsas məsələnin vaxt yox, bütün məsələlərin həllini tapması olduğunu söyləyib. Peskov deyib ki, gələn həftənin axırında Azərbaycan, Ermənistan və Rusiyanın təmsilçiləri Moskvada toplaşaraq tərəflər arasındakı məsələləri müzakirə edəcəklər.

Peskov deyib: “Hər şeyi axıra qədər yekunlaşdırmaq məsələsi qoyulmur, çünki əsas olan son nəticədir, burada heç kim vaxtı qovalamır”.

“Dünənki görüşdə (mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev, RF Prezidenti V.Putin və Ermənistanın Baş naziri N.Paşinyan arasındakı görüş – red.) deyildiyi kimi, indi bir çox məsələlərdə vəziyyət dəyişilib və faktiki, konseptual olaraq, bu dəyişilən şərait artıq yaxın perspektivdə dülh müqaviləsinin imzalanmasına gətirə bilər”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.217493