Saat:15:47
Haqqımızda

Peruda min il əvvəl qurban edilmiş uşaqların mumiyaları aşkar edilib

2022-02-16 10:10:00

Peruda min il əvvəl qurban edilmiş uşaqların mumiyaları aşkar edilib

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Peruda min ildən də çox əvvəl bir zamanda qurban verilmiş uşaqların mumiyaları aşkar edilib. Lima yaxınlığındakı qədim Kaxamarkilya şəhərində yerləşən məzarlıqda mumiyalanmış altı uşaq nəşi tapılıb. Mütəxəssislərin fikrincə, möhkəm şəkildə parçaya bükülmüş kiçik skeletlər ölmüş aristokratı “qəbir dünyasında müşayiət eləmək” üçün qurban verilən uşaqlara məxsusdur. Ölən kişinin 20-yə yaxın yaşı olub. Onu dəfn edərkən əlləri ilə üzünü örtüblər. Arxeoloq Piter Van Dalen deyib: “Uşaqlar yaxın qohumlar ola bilərdilər. Onları məzarın girişinin müxtəlif yerlərində yerləşdiriblər”. Onun sözlərinə görə, mumiyaların 1000-1200 yaşı ola bilər.

Arxeoloqun komandası yaxınlıqda yeddi nəfər yaşlı adamın sümüklərini tapıb, lakin həmin ölülər mumiyalanmayıb.  Bundan başqa, lamaya bənzər heyvanların qalıqları və gil qablar aşkar edilib.

Peruda uşaqların qurban verilməsini göstərən arxeoloji tapıntılara əvvəllər də rast gəlinib. 2018-ci ildə mütəxəssislər 550 il bundan əvvəl öldürülmüş 140 körpə və yeniyetmə ilə 200 lamanın qalıqlarını tapmışdlar. Bunun ritual bir qətliam olduğu güman edilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR