"Pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır" - NATİQ CƏFƏRLİ

2022-11-24 11:39:00

"İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur"

"2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15.494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı ekspertin fikrincə, ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri korrupsiya, inhisarçılıqla yanaçı 18 faizlik ƏDV-dir: "Aylardır ki, təklif vermişik, amma hökumət müzakirəyə belə, çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur. Pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18 faizdən 2 faizə endirilməlidir, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq".

Natiq Cəfərli əlavə edib ki, inflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur: "Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi formal, mənasız bir alətdir. Çünki Mərkəzi Bankın özü formal, hökumətdən asılı qurumdur. Halbuki, Mərkəzi Bank dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu, Mərkəzi Bankın da günahı deyil, ümumi sitem zay olandan sonra Mərkəzi Bank nə edə bilər ki?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.270459