Saat:07:35
Haqqımızda

Pentaqonun başçısı Qafqaza gəlir

2021-10-16 13:16:00

Pentaqonun başçısı Qafqaza gəlir

Hurriyyet.az xəbər verir ki, ABŞ Müdafiə naziri Lloyd Ostin Gürcüstanın Baş naziri və Müdafiə naziri ilə görüşəcək.  Bu barədə açıqlamanı ABŞ MN verib.

Pentaqonun məlumatında deyilir: “Müdafiə naziri Lloyd Ostin ABŞ-ın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləmək, regional və qlobal təhlükəsizlik üçün ABŞ ilə Gürcüstanın strateji əməkdaşlığının əhəmiyyətini vurğulamaq üçün Gürcüstanda Baş nazir İrakli Qaribaşvili və Müdafiə naziri Cuanşer Burculadze ilə görüşəcək”.

Liderlər həmçinin təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər, Qara dəniz regionunda regional əməkdaşlığın genişlənməsi üçün çalışacaqlar”.

ABŞ Müdafiə naziri Gürcüstan səfərindən sonra Avropaya yola düşəcək. Onun Ukraynaya da səfər edəcəyi gözlənilir.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR