Pentaqondan Ukraynaya yeni hərbi texnika təchizatı...

2022-04-20 16:52:00

Pentaqondan Ukraynaya yeni hərbi texnika təchizatı...

Ukrayna Pentaqondan döyüş təyyarələri və təyyarə hissələri alıb. Bununla belə, Pentaqonun sözçüsü Con Kirbi NATO üzvü olan ölkələrdən hansının qırıcıları təmin etdiyini dəqiqləşdirməyib.
Artıq “Twitter”də Ukraynaya döyüş təyyarələrini verən tərəfin Polşa ola biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılır. ABŞ həmçinin yaxın 24 saat ərzində Ukraynaya hərbi yardım üçün Şərqi Avropaya daha 7 təyyarə göndərmək niyyətindədir. Bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson ABŞ prezidenti Co Baydenə Ukraynanı elə gücləndirməyi təklif etmişdi ki, “Rusiyanın istənilən yeni işğalı mümkün olmasın”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya