Saat:00:01
Haqqımızda

Pentaqondan etiraf: Qəzza üzərində ABŞ dronları uçur

2023-11-04 13:39:51

Pentaqondan etiraf: Qəzza üzərində ABŞ dronları uçur

Hurriyyet.az xəbər verir ki, ABŞ Qəzza səmasında silahsız kəşfiyyatçı dronlardn istifadə elədiyini ilk dəfə təsdiqləyib. Pentaqonun təmsilçisi, briqada generalı Pet Rayder dronlardan “girovların azad edilməsi səylərini dəstəkləmək üçün” isfiadə edildiyini bəyan edib.

Açıqlamada deyilir: “ABŞ Qəzza üzərində silahsız PUA uçuşlarını həyata keçirir, həmçinin, tərəfdaşımız İsrailin girovları geri qaytarmaq üçün səylərini dəstəkləyir və məsləhətlər verir”.

Payder deyib: “Bu PUA uçuşları oktyabrın 7-də HƏMAS İsrailə hücum edəndən sonra başlayıb”.

Qeyd edək ki, bundan əvvəl mətbuatda gedən xəbərlərdə Qəzza səmasında silahsız MQ-9 ABŞ dronlarının göründüyü barəsində məlumat verilmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.612860