Pentaqondan AÇIQLAMA: Rus ordusu Xarkovdan geri atılıb

2022-05-03 13:20:00

Pentaqondan AÇIQLAMA: Rus ordusu Xarkovdan geri atılıb

Pentaqon yüksək rütbəli rəsmisi bildirib ki, Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatı irəliləyən Rusiya ordusunu Xarkovdan 25 mil (40 km) geri atıb. Bu barədə "Axios" bildirib.
Onun sözlərinə görə, “möcüzəli” əməliyyat son 24-48 saat ərzində baş verib və rus hərbi birliklərinin müharibənin ilk həftələrində praktiki olaraq mühasirəyə alınmış Ukraynanın ikinci ən böyük şəhərindən geri çəkilməsinə səbəb olub. Nəticədə, Rusiya ordusu cənuba doğru hərəkət edə bilmədi və Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı mövqelərini mühasirəyə almaq üçün digər birləşmələrlə əlaqə qura bilmədi.
Pentaqon bildirir ki, əməliyyatın məqsədlərinin daralmasına, qoşunların Kiyevdən çıxarılmasına baxmayaraq, Rusiya ordusunun “ikinci mərhələ” çərçivəsində irəliləyişi “ən yaxşı halda minimaldır”.
Mənbə eləcə də deyir ki, problemlər Kiyevə hücumda olduğu kimidir: “zəif” komandanlıq, ruh düşgünlüyü və zəif maddi-texniki təchizat ordunun “qrafikdən geri qalmasına” səbəb olur.
"Döyüş gücünün 25%-ni və Qara Dəniz Donanmasının flaqmanını itirən Rusiya hərbçiləri daha ehtiyatlı davranıblar: həm quruda, həm də havada itki verməmək üçün yavaş-yavaş hərəkət edir və riskdən yayınırlar”, - mənbə bildirib. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya