Saat:20:57
Haqqımızda

Pentaqon: “Ukraynaya “Patriot” sistemlərini göndərmək məsələsi müzakirə masasındadır”

2022-11-30 09:38:00

Pentaqon: “Ukraynaya “Patriot” sistemlərini göndərmək məsələsi müzakirə masasındadır”

Hurriyyet.az xəbər verir ki, ABŞ Ukraynaya “Patriot” komplekslərinin verilməsi imkanlarını nəzərdən keçirir. CNN kanalının verdiyi xəbərə görə, bu məlumatı jurnalistlərə Pentaqonun yüksək vəzifəli məmuru verib.

Məmur deyib: “Bütün imkanlar müzakirə masasında nəzərdən keçirilir. “Patriot” da nəzərdən keçirilən HHM vasitələri sırasındadır”.

“Patriot” zenit-raket sistemləri kiçik mənzilli ballistik raketlərin, təyyarələrin və qanadlı raketlərin dəf və məhv edilməsi üçün hazırlanıb.

Məmur bildirib ki, Ukraynanın Hava Hücumundan Müdafiəsi “ABŞ-ın əsas prioritetidir”.

Qeyd edək ki, ötən həftə Polşaya iki nəfərin ölümünə səbəb olan raket düşdükdən sonra Berlin təhlükəsizliyin təmin edilməsi üçün Varşavaya Patriot sistemini verməyi təklif edib. Bundan sonra Polşanın Müdafiə naziri Mariuş Blaşak Polşanın əvəzinə Ukraynaya Patriot sistemlərinin göndərilməsini Almaniyadan xahiş edib.

Bundan sonra Almaniya bəyan edib ki, Polşanın Ukraynaya “Patriot” sistemlərini göndərmək xahişini müttəfiqləri ilə müzakirə edəcəkdir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR