Saat:13:14
Haqqımızda

Pentaqon: “Ukraynaya Krımdakı bazaları vura biləcək silahlar verməmişik”

2022-08-13 15:13:00

Pentaqon: “Ukraynaya Krımdakı bazaları vura biləcək silahlar verməmişik”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Pentaqon ABŞ-ın Krıma zərbə endirməsi üçün Ukraynaya silah vermədiyini bəyan edib. Açıqlamada deyilir ki, ABŞ-ın verdiyi silahlar Krımdakı Saki aerodromuna zərbə endirəcək gücə malik deyillər.

“Yevropeyskaya Pravda” nəşrinin yazdığına görə, bu məlumatı Pentaqonun adının açıqlanmasını istəməyən məmuru Amerika mətbuatı üçün keçirdiyi qapalı brifinqdə verib.

“Amerikanın səsi”nin müxbiri Ceff Seldin Pentaqonun nümayəndəsinə istinadla xəbər verib: “ABŞ Ukraynaya Krımdakı “Saki” aerodromuna zərbə endirəcək heç bir silah verməyib”.

Mənbə Birləşmiş Ştatların aerodroma zərbənin raketlər vasitəsilə endirildiyini “sübut edən heç bir dəlillərinin olmadığını” əlavə edib.

Amerika mətubatının yazdığına görə, Amerika hərbçiləri  Rusiyanın bir neçə qırıcısının, bombardmançısının və silah dəstlərinin məhv edildiyini güman edirlər.

Söhbət Su-24 və Su-30 səkkiz təyyarəsindən gedir. Britaniya kəşfiyyatı da buna bənzər xəbərlər verib.

Bəlli olduğu kimi, avqustun 9-da Krımın Saki rayonunda yerləşən Rusiya hərbi bazasında partlayışlar baş verib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR