Pentaqon Ukrayna müharibəsindəki hədəfini açıqladı

2022-04-25 18:56:00

Pentaqon Ukrayna müharibəsindəki hədəfini açıqladı

“Müharibənin xarakteri dəyişib”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin Kiyev rəhbərliyi ilə görüşdən sonra səfərdə olduğu Polşada jurnalistlərə açıqlamasında ABŞ-ın Ukraynanın qarşısındakı hədəflərinə çatması üçün zəruri olan hər şeyi edəcəyini bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski qətiyyətlə Rusiya ilə müharibədə qalib gəlmək niyyətindədir: “Zelenskinin hədəfi qələbədir, bizim də hədəfimiz ona qələbə çalmağa kömək eləməkdir”.

Ostin bildirib ki, Rusiya öz qoşunlarını Ukraynanın meşəlik ərazi olan şimal rayonlarından çəkərək şərqinə - inkişaf eləmiş sənayeyə malik Donbasa yönəlib. ABŞ-ın Müdafiə naziri Ukraynadakı müharibənin xarakterinin dəyişdiyini, bununla da Ukraynanın silahlanma tələbatının da dəyişdiyini söyləyib. Onun sözlərinə görə, Ukrayna lideri tanklara, artilleriya qurğularına və hərbi sursata ehtiyac olduğunu bildirib.

Bəlli olduğu kimi, Volodimir Zelenski ABŞ-ın Dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdüyünü, Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalar məsələlərini müzakirə elədiklərini bildirib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya