Pentaqon sözçüsündən AÇIQLAMA: Ukraynaya haubitsalar çatdırılıb

2022-05-03 12:25:00

Pentaqon sözçüsündən AÇIQLAMA: Ukraynaya haubitsalar çatdırılıb

Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, Ukraynaya çatdırılması planlaşdırılan 90 haubitsadan çoxu artıq çatdırılıb.
"Ukraynaya gedən haubitsalara gəlincə, bu iş  gedir və o, kifayət qədər yaxşı irəliləyir. Əslində, həmin 90 haubitsanın çoxu artıq Ukraynadadır", deyə Kirbi brifinqdə açıqlayıb.
Kirbi bu barədə jurnalistin, Tayvana artilleriya tədarükünün ləngiməsinin silah istehsal xəttinin Ukrayna üçün sifarişlərlə həddən artıq yüklənməsi ilə bağlı olub-olmaması ilə bağlı sualına cavab olaraq bildirib.
Müxbirin sualı isə, "Doğrudanmı haubitsalar Ukraynyaya getdiyi üçün Tayvan silah sistemlərini almır? Yoxsa Ukrayna ilə bağlı təchizat zəncirində problem var?" olmuşdu.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya