Pentaqon rəhbəri qəflətən İraqa getdi: “İrəliləyirik”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri, hazırda Yaxın Şərq turnesində olan Lloyd Ostin martın 7-də İraqa elan edilməmiş səfər edib. Bu barədə məlumatı “Shafaq News” portalı İraq hökumətindəki mənbələrlə istinadla verib. Həmin məlumata görə, Ostin Bağdadda İraqın Baş naziri Məhəmməd əs Sudani, ardından Ərbil şəhərində Kürdüstan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırılır. ABŞ MN rəhbərinin İraqa səfər edəcəyi barəsində əvvəlcədən açıqlama verilməmişdi.
Ostin Yaxın Şərq turnesinə martın 5-də İordaniyaya səfəri ilə başlayıb, onun Misirə və İsrailə də gedəcəyi planlaşdırılıb.
Lloyd Ostin bəyan edib ki, bu səfəri ilə Vaşinqtonla Bağdad arasındakı strateji əməkdaşlığın əhəmiyyətini təsdiqləmək niyyətindədir.
Ostin “Tvitter”dəki səhifəsində yazıb: “Bağdada gəldim. Mən ABŞ ilə İraq arasındakı strateji tərəfdaşlığı təsdiqləmək üçün buradayam. Biz daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyirik”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya