Saat:03:51
Haqqımızda

PENSİYASINI KƏSDİLƏR, DEDİLƏR Kİ, SƏN 31 İL ƏVVƏL ÖLMÜSƏN... – Azərbaycanda şok olay

2024-09-27 14:14:16

PENSİYASINI KƏSDİLƏR, DEDİLƏR Kİ, SƏN 31 İL ƏVVƏL ÖLMÜSƏN... – Azərbaycanda şok olay

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb

Bakı şəhəri, Binəqədi rayon sakini, Mustafayev Əli Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, nazirlik onun pensiyasını qanunsuz olaraq kəsib, səbəb olaraq isə “1993-cü ildə rəhmətə getdiyi” göstərilib. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Sahil Babayev!

Əmək və Əhlinin Sosial Müdafiə Nazirliyində “ölü kimi” qeyda alınan şəxs - mən Mustafayev Əli Mustafa oğlu - 01.07.1947-ci ildə Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olmuşam. Saatlı rayonunda Hacıqasımlı kəndində kolxozda işləyib, pensiyaya çıxmışam. İndiyə kimi də normal qayda pensiyamı alırdım. Bu ay hərkəsin pensiyası gəldi, amma mənim pensiyam gəlmədi. Qaynar xəttə zəng etdim. Ordan bildirdilər ki, dediyiniz şəxs 01.03.1993-cü ilsə vəfat edib. Sistemdə belə yazılıb.

Başa düşə bilmirəm, 2012-ci ildən pensiyaya çıxmışam. Ölü necə pensiyaya çıxar? 2012-ci ildən də pensiyamı indiyə kimi normal qaydada almışam. Deyirəm ki, mən dəfələrlə xaricə getmişəm, Rusiya, Belarusiya, İran və fərqli ölkələrə. Ölü necə gedər? İndi mənim pensiyamı kəsiblər ki, sən ölmüsən. Mən onlara deyirəm ki, yaxşı, sizinlə razıyam, bəs mənim məzarım hardadır? Harda ölmüşəm mən? Necə ölmüşəm? 1993-cü ildə vəfat etmişəmsə niyə mənə xəbər vermədiniz. Sağ ola-ola deyirlər ki, siz ölmüsünüz.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildiril di ki, məsələni aydınlaşdırıb, məlumat verəcəyik.

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183212