Saat:15:37
Haqqımızda

Pensiyaçılara şad xəbər - Nazirlik açıqlama yaydı

2025-12-19 13:25:41

Pensiyaçılara şad xəbər - Nazirlik açıqlama yaydı

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 mln. manat) çox olmaqla 6 mlrd. 515 mln. manat vəsait yönəldilib.

Bu barədə Hurriyyet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.