Pensiya yaşını keçmiş icra başçıları - SİYAHI

2023-02-18 11:10:00

Pensiya yaşını keçmiş icra başçıları - SİYAHI

Cəmiyyətimizdə məmurların fəaliyyəti ilə yanaşı onların şəsi həyatı da hər zaman diqqətlə izlənilir. Bu marağı nəzərə alaraq uzun müddət vəzifə başında olan və bu gün pensiya yaşına çatmalarına rəğmən icra başçısı vəzifəsini tutan məmurlarımızın siyahısını hazırlamışıq.

Həmin siyahını təqdim edirik:

1. Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin də 76 yaşı var. O. 27 iyul 1947-ci ildə anadan olub. 

2. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 76 yaşı var. O. 15 yanvar 1947-ci ildə anadan olub.

3. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun 67 yaşı var. O. 1956-cı ilin mart ayının 26-da doğulub.

4. Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 70 yaşı var. O, 1953-cü ilin 14 aprelində dünyaya göz açıb. 

5. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 68 yaşı var. O, 4 yanvar 1955-ci ildə anadan olub.

6. Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 72 yaşı var. O, 1951-ci ildə anadan olub.

7. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 70 yaşı var. O, 1953-cü ilin 4 avqustunda  dünyaya gəlib.

8. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun 69 yaşı var. O, 1 yanvar 1954-cü ildə doğulub.

9. Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun 69 yaşı var. O, 2 may 1954-cü il təvəllüdlüdür.

10. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 69 yaşı var. O, 1954-cü ilin 3 fevralında dünyaya gəlib.

11. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsayevin 70 yaşı var. O. 23 sentyabr 1953-cü ildə doğulub.

12. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 66 yaşı var. O, 28 sentyabr 1957-ci ildə dünyaya gəlib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.330985