Saat:05:21
Haqqımızda

Pensiya və müavinət alanlara şad xəbər - FOTO

2024-05-14 09:56:41

Pensiya və müavinət alanlara şad xəbər - FOTO

Dövlət Sosial Müdafiə Fondunun “Sosial tərəfdaş” layihəsi sosial ödəniş alanları endirimləri ilə sevindirməkdə davam edir. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan şəxslər layihəyə qoşulan tərəfdaş şirkətlərə aid mağaza, restoran və klinikaların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara 30 faizədək endirim tətbiq olunur. Endirim təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz. 

Müasir tibb avadanlıqları ilə pasientlərin müayinə və müalicəsini həyata keçirən Bioloji Təbabət KlinikasıNurlu Diaqnostik Müalicə Mərkəziİnsan Diaqnostik Müalicə Mərkəzi və ARS Reabilitasiya Mərkəzi layihənin sosial tərəfdaşlarındandır. Vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərən bu səhiyyə ocaqları sosial ödəniş alan şəxslərə endirim təklif edir. Həmin tibb müəssisələrinə üz tutan şəxslər endirimdən faydalanmaq üçün hesabı sosial ödəniş kartı ilə nağdsız qaydada ödəməlidirlər. “Medholding” Stomatoloji Klinikası da xidmətlərini dişlərini müayinə və müalicə etdirmək istəyən sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif edir.

Telefon, kompüter, televizor və məişət texnikası almaq istəyənlər yolunu “Shopstore” və “Myshops” mağazalarından sala bilərlər. Burada sosial ödəniş alanlara məhsullar bazar qiymətlərindən qat-qat daha ucuz təklif olunur. Endirimdən faydalanmaq üçün alış-veriş yalnız sosial ödəniş kartı ilə nağdsız qaydada aparılmalıdır.

“By Telecom” və “Selhome” da layihənin sosial tərəfdaşlarındandır. Bura soba, soyuducu, tozsoran, kondisioner, fərqli üslubda məişət əşyaları ala biləcəyiniz məkanlardandır. Həmin mağazalar da sosial ödəniş alan şəxslərə endirim təklif etməyi unutmayıb və sosial ödəniş kartı ilə alış-veriş zamanı nağdsız ödənişlərə endirim tətbiq edir. 

“Karcher” mağazası da sosial tərəfdaşlar sırasındadır. Buxarlı təmizləyici, tozsoran, yüksək təzyiqli yuyucu aparatlar, məişət texnikaları, bir sözlə, mağazadakı bütün məhsullar sosial ödəniş alanlara endirimli qiymətlərlə təklif olunur. Burada da alış-verişi sosial ödəniş kartı ilə edənlər endirimdən faydalana biləcəklər.

Asudə vaxtlarını ailələri, yaxınları, doğmaları ilə keçirmək istəyən sosial ödəniş alan şəxslər yollarını sosial tərəfdaşlardan olan “Coffeemania”dan sala bilərlər. Bu məkanda da sosial ödəniş alanlara xidmət endirimli qiymətlərlə təklif edilir.

Sosial tərəfdaşlardan biri də bütün növ avtomobil ehtiyat hissələrinin satışını reallaşdıran “AvtoDetal” mağazalar şəbəkəsidir. Bu magazalar şəbəkəsində də sosial ödəniş alanlara endirimli qiymətlərlə alış-veriş imkanı təklif olunur.

“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180735