Pensiya ilə bağlı layihə QƏBUL EDİLDİ - Müddət 3 il UZADILIR

2022-11-18 13:22:00

Pensiya ilə bağlı layihə QƏBUL EDİLDİ - Müddət 3 il UZADILIR

Milli Məclis pensiya ilə bağlı sığorta stajının müddətinin daha 3 il uzadılmasına dair layihəni I oxunuşda qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144068