Saat:20:57
Haqqımızda

Pensiya almaq üçün anasının meyitini 2 il şkafda gizlətdi

2021-10-20 09:00:00

Pensiya almaq üçün anasının meyitini 2 il şkafda gizlətdi

İtaliyanın Milan şəhərində ağlasığmaz olay baş verib.

Hurriyyet.az xəbər verir ki, şəhərin Buççinasko qəsəbəsində yaşayan 50 yaşlı kişi 2019-cu ilin noyabrında vəfat edən anasının meyitini evində gizləyərək bu zaman ərzində dövlətdən qanunsuz şəkildə pensiya əldə edib.

Belə ki, sözügedən şəxs meyiti şkafında gillə doldurulmuş torbada gizlədib.

O, təsadüfən tanışı ilə söhbətində bu barədə danışıb və yaxın zamanda meyiti dəfn edəcəyini bildirib.

Lakin cəsədi dəfn etmədiyini görən tanışlar polisə məlumat veriblər.

Araşdırmalardan sonra bəlli olub ki, oğul 2 il ərzində hər ay dövlətdən qanunsuz şəkildə 1700 avro pensiya alıbmış.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR