Saat:09:57
Haqqımızda

Pensiya alan işdən azad edilərsə, hesablanma necə olur?

2024-11-15 13:31:39

Pensiya alan işdən azad edilərsə, hesablanma necə olur?

Ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Hurriyyet.az xəbər verir ki, yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn, pensiya təyin edilib 01.01.2017-ci ildə. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118)./Lent.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192229