Pelosiyə şərəf medalı verildi

2022-08-03 14:12:00

Pelosiyə şərəf medalı verildi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Tayvan Prezidenti Çay İnven ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “Uğurlu Buludlar Sırası” adlı şərəf medalı ilə təltif edib, Tayvanı dəstəklədiyi üçün təşəkkürünü bildirib, Pelosini “ən etibarlı dostlardan” biri adlandırıb. Görüş zamanı Tayvanla ABŞ arasındakı əməkdaşlığın davam etdirilməsi barəsində razılaşma əldə edilib.

Qeyd edək ki, Tayvanı öz ərazisi hesab edən Çin N.Pelosinin bu səfərini qətiyyətlə pisləyərək, öz ərazi bütövlüyünün pozulması kimi qəbul edib.

ABŞ Prezidenti Co Bayden ilə vitse-prezident Kamalla Harrisdən sonra Pelosu ABŞ-ın vəzifəcə üçüncü şəxsi hesab edilir.

25 illik fasilədən sonra Tayvana səfər edən ilk ABŞ Nümayəndələr Palatası spikeri olan Pelosi səfərinin məqsədinin ABŞ-ın Tayvanı dəstəkləməkdən vaz keçməyəcəyinin nümayişi olduğunu bildirib, Tayvanı “müqavimət adası”, demokratiyasını “dünyanın ən azad demokratiyalarından biri” adlandırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.097004