Pelosinin Tayvan səfərinin fəsadları – Çin ilə ABŞ arasındakı münasibətlər soyuqlaşır

2022-08-05 21:12:00

Pelosinin Tayvan səfərinin fəsadları – Çin ilə ABŞ arasındakı münasibətlər soyuqlaşır

Hurriyyet.az xəbər verir ki, Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin ardından buna cavab addımı olaraq, Vaşiqnton hakimiyyəti ilə bəzi ikitərəfli dialoq və əməkdaşlıq mexanizmlərini dayandırdığını açıqlayıb.

Çinin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, müdafiə sahəsində 3 dialoq mexanizmi (Çin ilə ABŞ arasındakı cəbhə komandirləri danışıqları, müdafiə siyasətinin koordinasiyası danışıqları və hərbi-dəniz razılaşması danışıqları) ləğv edilib. Bundan başqa qanunsuz miqrasiya, ədalətli əməkdaşlıq, beynəlxalq cinayətlər, narkotiklə mübarizə və iqlim dəyişikliyi sahələrindəki 5 dialoq mexanizmi də dayandırılıb.

Pekin hökuməti Tayvana səfər edən Nümayəndələr Palatası spikeri Nensi Pelosi ilə ailəsinə də sanksiya tətbiq edəcəyini bildirib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075683