Saat:20:24
Haqqımızda

Pelosinin səfərindən sonra Paşinyan KTMT-dən çıxmaq məsələsini müzakirə edir - "ABŞ İordaniyaya 800 milyon dollar verir, yəqin bizə də verər"

2022-09-21 14:06:00

Pelosinin səfərindən sonra Paşinyan KTMT-dən çıxmaq məsələsini müzakirə edir -

"Rusiyanın texnologiyaları ilə isə biz həmişə Azərbaycana məğlub olacağıq”.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdənkənar siyasi qüvvələrlə keçirdiyi Məşvərət iclasında Ermənistanın Rusiyanın başçılıq elədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxması məsələsini müzakirə ediilib. “Azadlıq” radiosunun erməni redaksiyasının verdiyi xəbərə görə, bu barədə məlumatı jurnalistlərə “Respublika” partiyasının başçısı Aram Sarqsyan verib.

Sarqsyan və onunla iştirak edən bir neçə həmkarı İrəvanın KTMT-ni dərhal tərk eləməsi təklifini səsləndirirblər.

Bundan sonra nə eləmək lazım olduğu sualının cavabında Sarqsyan deyib: “Dünyada heç bir hərbi ittifaqa daxil olmayan bir çox ölkə var. Məsələn, İordaniya hansısa bir hərbi ittifaqın üzvü deyil. Yaxud da İsrail heç bir hərbi ittifaqın üzvü olmasa da, Birləşmiş Ştatların tərəfdaşıdır. ABŞ hər il İordaniyaya 800 milyon dollar məbləğində hərbi yardım edir. Mənim hesablamalarıma görə, Ermənistanla belə bir münasibət olarsa, ABŞ ildə 400 milyon dollar yardım edəcək. KTMT-dən çıxmaq istiqamətində Ermənistan hakimiyyətindən real addımlar gözləyirəm”.

Bəs Ermənistan ABŞ-dan hərbi əməkdaşlıq təklifi alımı? Sarqsyanın sözlərinə görə, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri bu sualın müsbət cavabıdır. Sarqsyan bu mesajın aşkar olduğunu bildirib: “Nensi Pelosi aşkar şəkildə Ermənistana əlini uzadıb deyir: biz sizi bütün məsələlərdə dəstəkləməyə hazırıq: Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü, iqtisadiyyatının inkişafı, o cümlədən erməni ordusu – bütün bu sahələrdə biz sizi dəstəkləməyə hazırıq. İndi isə siz  soruşursunuz ki, dəstəkləyəcəklər, yoxsa, yox... Adamlar təklif ediblər, biz isə bizi dəstəklədiklərinə razıyıqmı? Bu barədə Pelosi açıq danışıb. Onun hansı strukturlarla görüşdüyünü görmək kifayətdir ki, hansı məsələlərin müzakirə edildiyi barəsində nəticə çıxarılsın”.

Sarqsyan əmindir ki, buna yeganə əngəl Ermənistanın KTMT üzvlüyü ola bilər. Aram Sarqsyan deyib: “Onlar hərbi blokun üzvü olan ölkəyə yeni texnologiyalar vermirlər. Bizim KTMT-nin üzvü olmağımız isə yeni hərbi texnologiyalı silah-sursatı almağa mane olur. Rusiyanın silah-sursatı, Rusiyanın texnologiyaları ilə isə biz həmişə Azərbaycana məğlub olacağıq”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196968