“Pelosinin məqsədi erməniləri anti-İran cəbhəsinə cəlb eləməkdir”

2022-09-19 11:34:00

“Pelosinin məqsədi erməniləri anti-İran cəbhəsinə cəlb eləməkdir”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, erməni analitik Arqişti Kiviryanın fikrincə, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərində məqsədi İranın tam blokadası və ermənilərin anti-İran cəbhəsinə cəlb edilməsidir.

Kiviryan sosial şəbəkədəki statusunda ABŞ-ın hədəfinin İran olduğunu bildirərək yazıb: “Nensi Pelosi Qəfəsçiyan İncəsənət Mərkəzinə yola düşüb, Avarayr döyüşünü təsvir edən şəklin qarşısında duraraq burada xristian ermənilərin farslar əleyhinə müharibədə iştirak elədiyini danışmağa başlayıb”.  

Analitikin fikrincə, İran İslam Respublikası Ermənistanın xətrinə öz şəxsi maraqlarının əksinə getməyəcək – axı İrəvan öz ümidlərini Tehranın ən qatı düşməninə –  ABŞ-a bağlayıb.  

Kiviryan deyib: “Qlobal nöqteyi-nəzərdən Tehranın heç Ermənistanda tərəfdaşı da yoxdur ki, kəskin addımlar atmaq lazım gələndə onunla əməkdaşlıq edə bilsin”.

Hürr Tərcüman

Аргишти Кивирян: Ты должен представлять из себя что-то серьезное, чтобы  враждовать - Панорама | Новости Армении


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054805