Pele Putinə çağırış etdi: Müharibəni dayandırın!

2022-06-02 09:53:00

Pele Putinə çağırış etdi: Müharibəni dayandırın!

Braziliya və dünya futbolunun əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəyə son qoymağa çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə dahi futbolçu özünün İnstaqram səhifəsində paylaşım edib.

"Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə əsassızdır və ağrı, qorxu, dəhşətdən savayı heç nə gətirmir. Keçmişdə sizinlə görüşəndə, təbəssümlə bir-birimizin əlimizi sıxdıqda heç vaxt düşünməzdim ki, bir gün gələcək və aramızda fikir ayrılığı olacaq”, - Pele bildirib.

Qeyd edək ki, Pele və Putin axırıncı dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku turniri zamanı görüşüblər. Onda Rusiya lideri futbol kralına özünün sevimli oyunçularından biri olduğunu demişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya