Pekin Pelosinin Tayvana səfəri ilə bağlı sərt açıqlama verdi

2022-08-02 20:03:00

Pekin Pelosinin Tayvana səfəri ilə bağlı sərt açıqlama verdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın Nümayəndələr Palatasının spieri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı nota verib.

Etiraz açıqlamasında deyilir: “Avustun 2-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin qətiyyətli ütirazına və təntənəli bəyanatına rəğmən, Çinin Tayvana adasına səfər edib, bununla da Çin ilə ABŞ-ın üç müştərək bəyanatındakı vahid Çin prinsipini ciddi şəkildə pozub”.

Açıqlamada bildirilir ki, amerikalı məmurun səfəri Pekin ilə Vaşinqton arasındakı münasibətlərin siyasi təməlinə ciddi təsir göstərib, Çinin suverenliyini və ərazi bütövlüyünü pozub, Tayvan boğazında sülhə və sabitliyə ciddi zərər vurub. “Tayvanın müstəqilliyi”ni tələb edən separatçı qüvvələrə yanlış siqnal verib”.

Pekin Amerika tərəfinin atdığı addımı qətiyyətlə psiləyərək, Vaşinqtonu ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “Tayvan kartı” ilə oyunu dayandırmağa çağırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064278