Pəhrizi dayandırandan sonra çəkinin artmasının səbəbi

2022-04-21 22:39:00

Pəhrizi dayandırandan sonra çəkinin artmasının səbəbi

Çox vaxt pəhriz saxlayaraq bir neçə kiloqram çəki itirənlər bir müddət sonra yenidən əvvəlki bədən çəkisinə qayıdır və hətta daha çox kiloqram artırlar.

Həmin halın yaratdığı narahatlıqla əlaqədar həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Çəkinin geri qayıtması bir neçə səbəblə əlaqədardır. Onlardan ən geniş yayılanı aşağı kalorili diyetlərlə itirilən çəkilərin geri qayıtmasıdır.

Pəhrizdə olan müddətdə çox az miqdarda qida qəbul edilir və pəhriz dayanandan dərhal sonra böyük miqdarda qida istehlak edilməsi nəticəsində çəki artmağa başlayır.

Adətən pəhriz rejimində olanlar həmin müddətdə aktiv hərəkətlər edir, idmanla məşğul olur, pəhrizdən sonra yenə passiv həyat keçirməyə başlayırlar. Müəyyən müddət ərzində rafinə olunmuş şəkəri, un məmulatlarını, duzlu qidaları və qazlı-spirtli içkiləri rasiondan tamamilə çıxarır və bu zaman bədən çəkisində enmə müşahidə olunur.

Lakin pəhrizdən sonra əvvəlki həyata qayıtmağa, imtina edilən bütün qidalardan istifadə etməyə başlayırlar və belə halda çəkinin artması təbii haldır.

Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, hormonal problemləri, xüsusilə qalxanvari vəz xəstəlikləri, insulin rezidentliyi, şəkərli diabet, B vitamini çatışmazlığı, qan azlığı və üçüncü növ şəkərli diabet xəstəliyi zamanı çəkinin geri qayıtma ehtimalı daha böyükdür. Lakin sağlam şəkildə qidalanmaq və aktiv həyat tərzi keçirməklə çəki artımından qorunmaq olar”. \\AZƏRTAC


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya