Saat:17:00
Haqqımızda

Pedaqoji Universitetin bufeti OLİQARXLAR ÜÇÜNDÜR? - “Nahar etmək 10 manat, çay 2 manat...”

2022-08-09 16:52:00

Pedaqoji Universitetin bufeti OLİQARXLAR ÜÇÜNDÜR? - “Nahar etmək 10 manat, çay 2 manat...”

“Məktəb və universitet bufetlərində qiymətlər “od tutub yanır””.

Hurriyyet.az sfera.az-a istinadla bildirir ki, bunu sosioloq, “Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı deyib. O qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin bufetindəki baha qiymətlər heç kafe, restoranlarda yoxdur:

“Kasıb, optimist, zəhmətkeş tələbələrə balaca bir çaydanda çayı 2 manata verirlər. Bir tələbə nahar etmək üçün 10 manat ödəməlidir. Restoranlarda isə günorta yeməyi 5 manata təklif olunur. Nazirlik yəqin hesab edir ki, tələbələr milyonerdirlər”.

Ekspert vurğulayıb ki, bufetlərdə icarə haqqı verilən şəxslərin kasıb tələbələri soyub milyonlar qazanması üçün bütün imkanlar yaradılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR