Paytaxtın bu ərazisində qaz olmayacaq
2025-05-26 23:53:46

Paytaxtın Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Hurriyyet.az"a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə olacaq.
