Saat:01:13
Haqqımızda

Paytaxtda 600 manata səməni satılır? (VİDEO)

2024-03-19 23:06:12

Paytaxtda 600 manata səməni satılır? (VİDEO)

Novruz bayramına artıq sayılı günlər qalıb.

Bu bayramın əsas simvollarından biri olan səməni demək olar ki, bütün süfrələri bəzəyir.

Buna görə də paytaxtda kifayət qədər səməni satışının olduğu yerlərlə rastlaşa bilərsiniz.

Satıcıların sözlərinə görə, müxtəlif zövqdə olan səmənilərin qiyməti bəzəyinə və ölçüsünə görə dəyişir.

Minimum 10-12 manatdan başlayır, hətta 600 manata belə satışa çıxarılan səmənilər var. 

Ətraflı Baku TV-nin süjetində:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR