Paytaxt başqa şəhərə köçürüləcək

2022-05-31 15:59:00

Paytaxt başqa şəhərə köçürüləcək

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı TASS informasiya agentliyi yayıb.

Məlumatda bildirilir ki, Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Saleh “Taliban” hökumətinin ölkənin paytaxtını Qəndəhar şəhərinə köçürməyi qərara aldığını bildirib.  Saleh deyib: “Taliblər əvvəlcədən xəbərdarlıq belə eləmədən Əfqanıstanın paytaxtını Qəndəhara köçürmək niyyətindədirlər”. Onun sözlərinə görə Kabul inzibati paytaxt olaraq qalacaq. Məqsəd onu siyasi gərginliklərdən və hökumət əleyhinə çıxışlardan təcrid eləməkdir.

Qəndəharda Ali Üləma Şurası təşkil eləmək planlaşdırılır. Bu Şura təşkilatın lideri Xitabulla Axundzadənin ölümündən hərəkatın yeni liderini seçmək hüququna malik olacaq.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya