Saat:14:09
Haqqımızda

Payız tətilinin vaxtı dəyişdi - RƏSMİ

2024-08-01 13:56:58

Payız tətilinin vaxtı dəyişdi - RƏSMİ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.

Hurriyyet.az-ın məlumatına görə, qərarla ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

Qeyd edək ki, əvvəlki qərarla payız tətili 5 günlük idi və 16-20 noyabr tarixlərini əhatə edirdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207698