Payız aylarında qidalanma və viruslarla mübarizə aparan qidalar-(FOTO)

2022-09-09 19:25:00

Payız aylarında qidalanma və viruslarla mübarizə aparan qidalar-(FOTO)

Qidaelmi.az saytının təsisçisi Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bəzi tövsiyələri oxucuları ilə bölüşürüb.

“Havaların kəskin şəkildə soyuması orqanizmə təsirsiz ötüşmür. Hər bir fəsilin öz qidalanma rasionu olduğu kimi payız fəslində də müəyyən qidalanma qaydası var”. 

Bunun üçün də insanlar təbii ərzaqlar yeməyə çalışmalıdır: “Yediyimiz ərzaqların təbii olmasına diqqət edək və xüsusilə də mövsümü meyvə və tərəvəzlər yeməyə çalışaq.
Mövsümündə yeyilən meyvələrin qida dəyəridə yüksəkdir. Bu cür meyvələrdə , bədənə lazım olan maqnezium, kalium, B6 vitamini, anti-oksidantlar C, A, E vitaminlər, mikroelementlər ilə yanaşı  antioksidantlar də mövcuddur.


Sağlam zülallar da qəbul etmək mütləqdir. Sağlam zülalı adətən balıq,ət,toyuq ağartı və yumurta məhsullarından əldə etmək mümkündür. Bundan başqa lobya, mərci, noxud kimi bitkiləri də unutmayın. Heyvan mənşəli zülallar ilə yanaşı bitki mənşəli zülallar da (lobya, mərci, noxud və.s) qəbul edin.

Əgər xəstələnmisinizsə, bəzi tövsiyələrimizə riayət etməyə çalışın:

Sarımsaq . Sarımsaq soyuqdəyməyə qarşı güclü antioksidantdır. Tərkibində olan aliun və allicin adlı maddələr vardır ki, virusları məhv etmək qabiliyyətinə malikdirlər. Lakin bunun üçün sarımsağı çiy halda yemək lazımdır.

Soğan. Soğan da sarımsaq kimi virus əleyhinə olan dərmandır. Bu ərzağı da çiy halda yemək məsləhətdir.

Balıq. Yağlı balıqlar tərkibində olan əvəzolunmaz yağ turşusu Omeqa-3 sayəsində bədəndə olan iltihabları aradan qaldırar.

Ədviyyat. Sarıkök, zəfəran, darçın kimi ədviyyatlar tərkibində olan antioksidantlara görə immun sistemini gücləndirə bilir. Gün ərzində bu ədviyyatlardan bir çay qaşığı istifadə etmək lazımdır. Misal üçün, darçın çayı sizin üçün münasib seçim ola bilər.

Kənd çolpası şorbası. Qədim zamandan məlumdur ki, sulu yeməklər soyuqdəymənin dərmanıdır. Bu gün alilmər də bu fikrə gəlib çatıblar ki, bu düzgün düşüncədir. Həqiqətən də sulu yeməklər virus əleyhinə təsirli ola bilir.

Belə ki, şorba boğaz yolunda olan mikrobların inkişaf etməsinin qarşısını ala bilir. Kənd toyuğu şorbası isə əvəzolunmazdır.

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066503