Patruşevdən bioloji təhlükələr barədə xəbərdarlıq – YENİ EPİDEMİYA, PANDEMİYA…
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yeni epidemiya və pandemiya riski, həmçinin Vaşinqtonun hərəkətləri nəticəsində əlavə bioloji təhlükələrin yaranması barədə xəbərdarlıq edib.
Hurriyyet.az bu barədə TASS-a istinadən xəbər verir.
O, Mərkəzi Federal Dairədəki vəziyyətlə bağlı iclası açaraq, biotəhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin müzakirəsini təklif edib.
“Müasir şəraitdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinin aktuallığı ilk növbədə ABŞ və onun müttəfiqlərinin Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətləri, eləcə də daxili siyasətin kütləvi təzahürləri nəticəsində yaranan potensial risk və təhdidlərlə bağlıdır. Yəni əvvəllər məlum olmayan xəstəliklərin, epidemiyaların və pandemiyaların yaranmasına səbəb ola biləcək xarici təhlükəli bioloji amillər hələ də mövcuddur”, - Patruşev deyib.
Ülviyyə ŞÜKÜROVA