Saat:07:01
Haqqımızda

Patrik Andrade: "Hesab aldadıcı ola bilər"

2021-12-04 22:58:00

Patrik Andrade:

"Oyun asan olmadı. Hesab aldadıcı ola bilər".

Bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade evdə "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII tur matçından sonra "CBC Sport"a açılqmasında deyib.

Kabo-verdeli yarımmüdafiəçi rəqibin layiqli komanda olduğunu bildirib: "Hesab arasındakı fərqi matçın sonunda artırdıq”.

28 yaşlı oyunçu İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur görüşünə də toxunub: "Bunun üzərində həftələrlə işləyirik. Artıq bu matça tam motivasiya olacağıq. Məqsədimiz səfərə yalnız bizə sərfəli nəticə üçün yollanmaqdır". \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR