Saat:23:18
Haqqımızda

“Patı” Xankəndidə istehsal olunur

2021-07-27 11:59:00

“Patı” Xankəndidə istehsal olunur

Artıq bir müddətdir ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında “patı” adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Əməliyyat tədbirləri göstərir ki, “patı”nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta “patı”nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var.

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev "Hürriyyət"ə bildirib ki, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır. O, Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyini vurğulayıb:

"Alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib. Bəllidir ki, “patı” problemi ölkəmizdə hamımızın bəlasna çevrilib. Bununla bağlı əldə etdiyim və şok effekt yaradan məlumatı diqqətinizə çatdırıram. Alman hökumətindəki mənbələrdən əldə etdiyim məlumata görə, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır. Alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib. Ermənilər 44 “Günlük Vətən” müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar. Mənbənin bildirdiyinə görə, Xankəndidə “Patı” istehasl edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Əvvəllər bunun istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər. Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir...

Patı işini Ermənistan hakimuyyəti ilə İran rejimi birgə həyata keçirərək Azərbaycan gənclərini məhv edir.

Mən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik xidmətinə və Xarici Əks Kəşfiyyat Xidmədi rəhbərliyinə müraciət edirəm. Bu bəlaya qarşı birlikdə mübarizə aparaq, Xankəndində hazırlanıb İran vasitəsi ilə Azərbaycana ötürülən bu bəlaya qarşı müharibə elan edək".

 YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR