Paşinyanla Kobaxidze sərhəd məsələsini müzakirə ediblər
2024-03-25 15:58:57

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri İrakli Kobaxidze ilə həmkarı Nikol Paşinyan arasında görüş olub.
Paşinyan birgə keçirilən mətbuat konfransındakı çıxışında Kobaxidze ilə birlikdə Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesinin aktivləşdirilməsinin mümkünlüyü məsələsini müzakirə elədiklərini bəyan edib.
Paşinyan deyib: "Bu gün biz Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesinin aktivləşdirilməsinin mümkünlüyü məsələsini müzakirə elədik. Gürcüstanla münasibətlərin inkişafı və dərinləşməsi təkcə iki ölkə üçün deyil, həm də bütövlükdə region üçün mühümdür".
Hürr Tərcüman
