Saat:16:07
Haqqımızda

Paşinyanın yalanı üzə çıxdı: - Media erməni peykini tapa bilmir

2022-05-26 17:45:00

Paşinyanın yalanı üzə çıxdı: - Media erməni peykini tapa bilmir

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi ölkəsində peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq.

Onun ətrafında isə mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq. Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin əldə edilməsi olacaq.

- Peyk çəkilişləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq, - Paşinyan deyib.

Maraqlıdır ki, Paşinyanın danışdığı peyk haqqında ətraflı məlumat verilmir. Hətta yerli media da bu müəmmalı hadisə haqqında yazaraq İrəvanın böyük yalan üzərindən siyasət sərgiləməsinə eyham vurub.

"Nikol Paşinyan bu səhər hökumətin iclasında Ermənistan Respublikasının ilk kosmik peykinin orbitə buraxıldığını elan edib. Hökumət bununla bağlı video da yayıb. Qısa müddətdən sonra ictimaiyyət məlumatın doğruluğunu yoxlamağa başladı. İnternetdə araşdırma apararkən 25 may 2022-ci ildə buraxılan peyklər siyahısında Ermənistan peyki haqqında məlumata rast gəlinmir. Yəni "SpaceX"in rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi Vikipediya səhifəsində bu haqda heç bir məlumat yoxdur, 25 maya dair orbitə buraxılmış peylərin məxsus olduğu ölkələr sırasında isə Ermənistanın adına rast gəlmək olmur", - məqalədə yazılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR