Saat:07:01
Haqqımızda

“Paşinyanın sonu Saakaşvili kimi olacaq” - ŞOK AÇIQLAMA

2024-04-26 20:56:55

“Paşinyanın sonu Saakaşvili kimi olacaq” - ŞOK AÇIQLAMA

“Paşinyanın sonu Saakaşvili kimi ola bilər”.

Hurriyyet.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan deyib.

“Paşinyanın elektoratında məyusluq müşahidə olunur. Hakimiyyətin seçki resurslarını itirdiyini görmək mümkündür. Əgər əvvəllər seçicilərin 80 faizdən çoxu Paşinyanı dəstəkləyirdisə, indi bu rəqəm cəmi 8-9 faizdir. Bu, həm də xarici legitimliyin itirilməsi deməkdir”, – Akopyan bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı konsensus formalaşıb.

“Lakin onun yerinə kimin keçəcəyi ilə bağlı konsensus yoxdur. İndi əsas sual budur. Ermənistan üçün liderlik məsələsi çox önəmlidir. Ermənistanda kilsə yeganə fəaliyyət göstərən qurumdur ki, hakimiyyət onu parçalaya və ya zəiflədə bilməyib. Kilsə faktoru hakimiyyət üçün təhlükədir və hakimiyyət hazırda onların daxili düşmənidir”, – deyə Akopyan vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000089