"Paşinyanın son demarşları Azərbaycanın lehinədir" - ZAUR MƏMMƏDOV

2023-09-05 15:36:50

"Beləcə Bakı təkcə Qarabağda yox, həm də şərti sərhədlər mövzusunda böyük hərbi qələbə əldə edə bilər"

"Qarabağ erməniləri, siz ya terrorçuları bölgədən çıxarmalısız, ya bugünkü Ermənistanın qondarma sərhədləri ləğv ediləcək". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Həmçinin, politoloq bildirib ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər Versalda qəbul edilmiş, yayımlanmış xəritələrdə Zəngəzur bütöv şəkildə, həmçinin Göyçə Azərbaycan ərazisində idi: "İndi İran deyir ki, xəritələr dəyişilməməlidir. Xeyrola?"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son demarşları Azərbaycanın lehinədir: "Beləcə Bakı təkcə Qarabağda yox, həm də şərti sərhədlər mövzusunda böyük hərbi qələbə əldə edə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140440