Saat:16:05
Haqqımızda

Paşinyanın şok açıqlaması gəlir – GİZLİ DANIŞIQLAR

2021-09-21 11:56:00

Paşinyanın şok açıqlaması gəlir – GİZLİ DANIŞIQLAR

Paşinyan Türkiyə tərəfi ilə gizli danışıqlara başlayıb. Hazırda məlumdur ki, Ermənistan rəsmi olaraq Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyə başlamasa, Ankara İrəvan ilə hər hansı danışıqlara getməyəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri İrəvan hakimiyyətindəki etibarlı mənbələrə istinadən məlumat yayıb.

“Ermənistan hökumətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskva və Bakı ilə apardığı gizli danışıqların nəyə gətirib çıxardığı hamıya məlumdur. Bu, Ermənistanın kapitalyasiyasına səbəb oldu. İndi Paşinyan Zəngəzur dəhlizi layihəsi ilə bağlı öhdəliklərini yerinə yetirmək, yeni ərazilərin Azərbaycanın nəzarəti altına verdikdən sonra açıq danışıqlara başlamağa məcburdur. Hazırda danışıqların detallarının yaxın günlərdə elan ediləcəyi gözlənilir. Nikol Ermənistanın üçtərəfli sazişin bəndlərini reallaşdırmağa başladığını bəyan edəcək”, - deyə erməni nəşri qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR