Saat:14:07
Haqqımızda

“Paşinyanın siyasəti üzündən Rusiya sülhməramlıları Qarabağdan gedəcəklər”

2022-08-13 16:14:00

“Paşinyanın siyasəti üzündən Rusiya sülhməramlıları Qarabağdan gedəcəklər”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki,  Rusiyanın erməniyönümlü “Reqnum” agentliyinin baş redaktoru, politoloq, tarixçi Modest Kolerov Ermənistan mediasına müsahibəsində İrəvanın siyasəti ucbatından Rusiyadakı sülhməramlıların mandatının müddətinin artırılmayacağını bildirib. Kolerov deyib: “Orada sülhməramlıların olması Azərbaycana lazım deyil, Ermənistan isə onlardan ötrü mübarizə aparmır. Rusiya danışıqların Minsk formatından çıxıb və dəfələrlə bunu bəyan edib. Bəs İrəvan nə edir? “Minsk qrupu”nin digər həmsədrlərini “öpür”. Sanki belə də olmalıdır. “Minsk qrupu”nun üzvlərindən biri oradan çıxdıqda, digər ikisi də artıq legitim sayılmırlar. Bəs onda niyə onlara yaltaqlanırsan? Ermənistan bununla nəyi göstərmək istəyir? Rusiyaya tüpürüb, onu gorbagor edib! Siz də istəyirsiniz ki, bundan sonra sülhməramlılar orada qalsın?”

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla RF Prezidenti Vladimir Putinin danışıqları “sadəcə görüntüdür”.

Modest Kolerov deyib: “Paşinyan gecəsi ilə gündüzü Brüsseldə keçir, sonra isə “Minsk qrupu”ndan danışır. O, sülhməramlıları belə istəyir? Yoxsa, artıq əfsanəyə çevrilmiş “Minsk qrupu” ona yeni sülhməramlılar göndərməyi vəd edib? Yox. Orada ruslardan başqa heç kim yoxdur”.

Tarixçi ermənilərin tezliklə Qarabağı tərk edəcəklərini, yalnız Xankəndində qalacaqlarını deyib: “Tədricən Qarabağdakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçəcək, ermənilər yalnız Xankəndində qalacaqlar. Bu ərazidə ermənilər yalnız orada qalacaqlar”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR