Paşinyanın rəqibləri bir araya gəlir?

2022-09-16 10:57:00

Paşinyanın rəqibləri bir araya gəlir?

"Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan bəyan edib ki, nüfuzlu, təcrübəli və potensial adamlar – eks-prezidentlər, xarici işlər, müdafiə nazirləri, katalikos ölkədəki vəziyyəti nəzərə alaraq görüşməlidir və “bir-birinin” gözünün içinə baxmalı, vəziyyəti dəyərləndirməli, həll yolları tapmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri əlavə edib:

“Dünən o, II Qaregin həzrətləri ilə görüşüb. Görüşlə bağlı Eçmiədzin kilsəsindən bizə məlumat verildi ki, bütün ermənilərin katalikosu ölkənin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına yönəlmiş bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Sualımıza cavab olaraq İşxan Saqatelyan Ermənistanın keçmiş prezidentləri ilə də görüşdüyünü deyib.

Biz Levon Ter-Petrosyanla da görüşün olub-olmadığını öyrənməyə çalışdıq. Saqatelyan isə cavabında bildirib: “Hazırda bu qədərdir. Görüşlər olub, o istiqamətdə işlər davam edir, nəticələri barədə məlumat verəcəyik”. 

Daha sonra öyrəndik ki, eks-prezidentlər Serj Sarkisyan və Robert Köçəryanla görüşlər olub, amma İşxan Saqatelyan birinci prezident Levon Ter-Petrosyanla görüşməyib".

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061292