"Paşinyanın qorxuları artır" - "Hraparak"
2023-02-09 20:35:00

Paşinyanın qorxuları artıb.
Bu barədə “Hraparak” qəzeti yazıb. Ermənistan parlamentinin girişindəki keçid məntəqəsində DTK əməkdaşları jurnalistləri yoxlayıblar.
Onlar qəzetin əməkdaşından telefonun mulyaj olmadığına əmin olmaq üçün ekranını göstərməsini tələb ediblər.
Belə bir qərarın nə vaxt və nə üçün verildiyini soruşduqda əməkdaşlardan biri bunun təhlükəsizlik məqsədilə olduğunu cavablandırıb və parlamentə telefon əvəzinə partlayıcının gətirilə biləcəyini izah edib.
Qeyd edək ki, bir gün qədər belə bir tələb qoyulmurdu və yoxlanılmırdı. \\KONKRET.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya