Saat:15:12
Haqqımızda

Paşinyanın partiyası: "Bakı erməniləri qovmayıb"

2025-04-21 14:29:42

Paşinyanın partiyası:

Hurriyyet.az xəbər verir ki, separatçı qurumun rəhbərliyi altında yaşamış ermənilər Qarabağı Bakının təzyiqi ilə yox, Ermənistan müxalifətinin çağırışı ilə tərk ediblər.
Belə bir açıqlama ilə Ermənistanın hakim "Mülki müqavilə" partiyasının deputatı Vahe Aleksanyan çıxış edib. Aleksanyan jurnalistlərlə söhbətində Qarabağdakı ermənilərin Azərbaycandan getməsi üçün müzalifətin əlindən gələn hər şeyi etdiyini söyləyib. Deputat deyib: "Onlar şüurlu şəkildə insanların Qarabağdan getməsinə səbəb oldular. Niyyətləri sonra onlardan burada, Ermənistanda siyasi mitinqlər üçün alət kimi istifadə etmək olub".
Hürr Tərcüman