Paşinyanın oğlu itkin düşüb - FOTO

2023-01-02 15:40:00

Paşinyanın oğlu itkin düşüb - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın gündəminə çevrilib.

Hurriyyet.az AzVision.az-a istinadla xəbər verir ki, "Hraparak" qəzeti baş nazirin ailəsinin fotosunu dərc edərək balaca Paşinyanın yoxa çıxmasına diqqət çəkib.

"Baş nazirin həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində Nikol Paşinyanın Yeni il müraciətinə hazırlaşması ilə bağlı fotolar yerləşdirib. Fotoda onun üç qızı, eləcə də balaca oğlan əks olunub. Cütlüyün yalnız böyük oğlu Aşot gözə dəymir. Səhərdən Facebook istifadəçiləri Aşot Paşinyanın hara yoxa çıxması barədə yazır, bu diqqət çəkən amili müzakirə edirlər. Hətta belə zarafatlar da yazılır ki, fotodakı oğlan Aşotdur, sadəcə balacalaşıb"- nəşr yazıb.

Qeyd edək ki, müxalifətə məxsus bəzi saytlar Aşotun yeni ili ya xaricdə qeyd etdiyini, ya da başına bir iş gəldiyini yazıb. Əks təqdirdə ailənin bayram tablosundan kənarda qalmaq normal görünmür.

Paşinyanın oğlu itkin düşüb


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133823