Paşinyanın milyonluq saatı gündəm oldu

2023-02-28 15:34:00

Paşinyanın milyonluq saatı gündəm oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə bahalı saatı ilə gündəm olub.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə Paşinyanın həyat yoldaşı Anna Akopyanla qarğıdalı yeyərkən çəkdiyi selfi dünəndən bəri müzakirə olunur.

Bu gün isə sosial şəbəkə istifadəçiləri həmin şəkildə Paşinyanın qolundakı saatı gündəmə gətiriblər.

"Kasıb ölkə"nin Baş naziri Nikol Paşinyan 1.3 milyon dollar dəyəri olan "Patek Philippe" markalı qol saatı taxır.

Anna Akopyan fotoları "Facebook"da paylaşaraq yazıb: “Əzizlərim, biz təkcə müxtəlif şəhərləri gəzmirik, həm də piroq və qarğıdalıdan yeyib həzz alır, mağazalarda alış-veriş edirik, qəhvəxanalarda əyləşirik və s. Sadəcə, siz həmişə bizi sezə bilmirsiniz”.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.237483