Saat:14:59
Haqqımızda

“Paşinyanın məqsədi Zəngəzuru bir Türkiyə vilayətinə çevirməkdir...”

2021-09-24 11:41:00

“Paşinyanın məqsədi Zəngəzuru bir Türkiyə vilayətinə çevirməkdir...”

“Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur...”

"Xainin, kapitulyantın bir məqsədi olduğu açıqdır: onun hərəkətlərini və addımlarını izlədikdə bunun ilk növbədə, ermənilərin Sunikdən(Zəngəzurdan –S.L.) qovulması, döyüşə bilən qüvvələrin başlarının kəsilməsi olduğu görünür. Bu gün həbsdə olan icma liderləri öz vətənlərinin bir metr də olsun ərazisindən imtina etməyəcəklərini  öz həyatlarıyla sübut etdilər. Nikol Paşinyan üçün belə insanlar qəbuledilməzdir".

Hurriyyet.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə,  bunu  Ermənistan Respublikaçılar Partiyasının üzvü Qagik Minasyan dünən keçirdiyi mətbuat konfransında söyləyib.  O, hesab edir ki,  Zəngəzurdakı erməni icma liderlərinin həbsi ilə guya bu bölgənin türklərə təslim edilməsi arasında birbaşa əlaqə var. 

Q.Minasyan qeyd edib ki, Paşinyan Zəngəzur uğrunda mübarizəyə hazır olan liderləri həbs edərək “Sünik”in Gürcüstandakı “ilhaq edilmiş”  Acarıstan kimi bir Türkiyə vilayətinə çevrilməsi ilə bağlı proqramını tamamlamaq istəyir.

“Acarıstan Gürcüstan üçün “başlanğıc” olduğu kimi, Sünik də bizim üçün “başlanğıc” olacaq. Ancaq Acarıstan Gürcüstan üçün son dərəcə əhəmiyyətli deyilsə, Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur və əgər Allah qorusun, indi Acarıstanda gördüklərimiz Sünikdə baş verərsə, Ermənistanın qalan ərazisinin gələcəyi əvvəlcədən müəyyən ediləcək” –deyə Qagik Minasyan bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR